Üç minik avtomobili TOQQUŞDU - AĞIR QƏZA

Cəlilabadda üç  avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt - Astara magistralının Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"BMW", "VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

 

İlkin Rzayev,
Rövşən Almazoğlu,
APA TV, Cəlilabad

 

 

Müəllif | Apa.Tv
Apa.tv