Üç nəfər xilas edildi, bir nəfər xəsarət aldı
Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.
APA TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 120 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.