Ucar sakini ona sillə vuran həmyaşıdını bıçaqladı

Ucar sakini həmyaşıdını bıçaqlayıb.

Hadisə rayonda fəaliyyət göstərən dönərxanada  baş verib.  Rayon sakini, 2006-cı il təvəllüdlü Rüfət Vahid oğlu Əliyev həmyaşıdı və həmyerlisi  Əli Abbas oğlu İmanova  bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.           

Əli İmanovun dediyinə görə, ona bıçaqla xəsarət yetirən Rüfət Əliyev içkili vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır 

Müəllif | Apa.Tv
Apa.tv