Ucarda 4 yaşlı uşağın həyatı sizin mərhəmətinizdən asılıdır
Ucarda 4 yaşlı uşağın yardıma ehtiyacı var.
Rayonun Qarabörk kənd sakini, 2019-cu il təvəllüdlü Səbxan Xəyal oğlu Həmidli Beta Talassemiya xəstəliyindən əziyyət çəkir. Hər iki valideyni bu xəstəliyin daşıyıcısı olan Səbxanın hələ körpə yaşlarından talassemiya xəstəsi olduğu müəyyən edilib. Valideynlər bildirir ki, 7 aylığında uşaqda bu xəstəlik aşkarlanıb. Müalicəsi üçün Türkiyədə 83 000 dollar vəsait tələb olunur. Ancaq ailənin bu məbləği ödəməyə imkanı yoxdur.
Səbxanın atası Xəyal Həmidov oğlunu ayda iki dəfə Bakı şəhərindəki Talassemiya mərkəzinə apardığı üçün orada kirayədə qaldığını və fəhləliklə məşğul olduğunu deyir.
Hazırda evsiz olan Xəyal yeganə övladının sağalması üçün ona yardım olunmasını xahiş edir.
Ailə deyir ki körpənin adına açılan kartdan naməlum şəraitdə 1060 manat pul çəkilib. Bununla bağlı da ailə polisə müraciət edib.
Yardım etmək istəyən şəxslər 5522 0993 4191 5262 hesabına pul göndərə və ya 51 516 31 24 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Zahid Abışov, Devran Əsgərov, APA TV