Ucarda 5 hektar ərazi yanıb
Ucarda 5 hektar ərazi yanıb.
APA Tv-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarabörk kəndində qeydə alınıb. Kənd ərazisində kol-kosdan başlayan yanğının əhatəsi getdikcə genişləndiyindən hadisə yerinə Ucar Dövlət yanğından mühafizə hissəsinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Yaxınlıqda olan yaşayış evləri yanğından mühafizə olunub.