Ucarda 65 yaşlı kişini maşın vuraraq öldürdü

Ucarda avtomobil piyadanı vuraraq öldürüb.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Azərbaycan küçəsində qeydə alınıb.

 

Rayon sakini, 1990-cı il təvəllüdlü Şamxal İsmayılov idarə etdiyi minik avtomobili ilə 1955-ci il təvəllüdlü Yaşar Xəlilovu vurub. Piyada Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv