Ucarda ağır qəza: minik və yük maşını toqquşdu

Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə bu gün rayonun Elnur Hacıyev küçəsində qeydə alınıb. Ucar rayon sakini, 1998-ci il təvəllüdlü Musa Elxan oğlu Seyidovun idarə etdiyi  "VAZ 21012" markalı minik maşını ilə, 1983-cü il təvəllüdlü Asif İbrahimxəlil oğlu Kərimovun idarə etdiyi "QAZ 53" markalı yük maşını toqquşub. Nəticədə "VAZ"ın sürücüsü Musa Seyidov, sərnişinləri -  2001-ci il təvəllüdlü Xədicə Elşad qızı Seyidova, 2020-ci il təvəllüdlü Gülay Vahid qızı Seyidzadə, 2004-cü il təvəllüdlü Mədinə Rafiq qızı Seyidova və 1973-cü il təvəllüdlü Nərgiz Mustafa qızı Sadıqova müxtəlif  xəsarətlər alıblar. Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır.   

Müəllif | Apa.Tv
Apa.tv