Ucarda ana və azyaşlı oğlunu maşın vurdu
Ucarda ana və azyaşlı oğlunu maşın vurub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Oğuz küçəsində qeydə alınıb.
Ucar rayonunun Alpout kənd sakini, 1979-cu il təvəllüdlü Gündüz Mürsəlov idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə yolu keçmək istəyən, 1990-cı il təvəllüdlü Mətanət Məmmədovanı və onun 2013-cü il təvəllüdlü oğlu Coşqun Məmmədovu vurub. Hər iki zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov,
Devran Əsgərov,
APA TV