Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub - Ata ölüb, oğul xəsarət alıb
Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub, xəsarət alanlar var.
APA TV -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi VAZ 2107 markalı minik maşını ilə oğlu ,1984-ci il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub. Nəticədə ata və oğul aldıqları ağır xəsarətlərlə təcili tibbi yardımın avtomobili ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra Tahir Əhədov Göyçay xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Bakıya göndərilməsi üçün, yenidən Ucar Rayon Mərkəzi Xəstaxanasına çatıdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılr.