Ucarda avtomobil dayanacağa çırpılıb - İKİ NƏFƏR ÖLÜB

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Araz Zakir oğlu Bayramovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.

Nəticədə sürücü A. Bayramov və hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.

Meyit FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində  araşdırma aparılır.          

Zahid Abışov                                                                                                                                                                                        

Devran Əsgərov

Müəllif | Apa.Tv
Apa.tv