Ucarda avtomobil qəzası: Çox sayda xəsarət alan var
Ucarda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax əsas avtomobil yolunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və " Hyundai" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən "Hyundai" yoldan çıxaraq su arxına, digər avtomobil isə yolun hərəkət hissəsinə aşıb.
Nəticədə " Mercedes"də olan 4 nəfər Kəlbəcər rayon sakinləri- 1964-ci il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-cı il təvəllüdlü Talıb Nərman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarova və "Hyundai"da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 xanım müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.