Ucarda avtomobil vesipedçini vurub

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb. APA TV  -nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ucar rayonunun Məlikballı kənd yolunda baş verib.  Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət  oğlu Əhmədovu vurub.                                Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.                                                                       Məlumata görə, ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş və o, ailədə bir bacının yeganə qardaşı olub.                                                                                       Faktla bağlı araşdırma aparılır.                                                                                                                                                                 Zahid Abışov.  Devran Əsgərov.

Müəllif | Apa.Tv
Apa.tv