Ucarda azyaşlı binadan yıxılaraq öldü

Ucarda binadan yıxılan azyaşlı ölüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı  yaşayış binasında baş verib.

Əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.  Həkimlərin səyinə baxmayaraq Fərhan Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv