Ucarda dəhşətli qətl hadisəsi baş verib

 

Ucarda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15 radələrində rayonun Qazyan kəndində qeydə alınıb. Kənd sakini, 1979-cı il təvəllüdlü Kamil Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1993-ci il təvəllüdlü Rəvanə İsmayılovaya bıçaqla çoxsaylı xəsarət yetirərək onu öldürüb. Qeyd edək ki, Rəvanə İsmayılova Kamil Qarayevin 3-cü həyat yoldaşıdır və 3 övladları var. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı Ucar Rayon Prokurorluqunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv