Ucarda ev yandı - XƏSARƏT ALAN YOXDUR
Ucarda fərdi yaşayış evi yanıb.
APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Gənclik küçəsi, 15 ünvanında baş verib. Rayon sakini, 1939-cu il təvəllüdlü Lida Tağıyevaya məxsus bir mərtəbəli, ümumi sahəsi 190 kvadrat olan evdə güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin 170 kvadratmetri yanıb.
Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.