Ucarda yaşayış evi yandı - SƏBƏB BİLİNMİR
Ucarda ev yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb.
Kənd sakini - 1975-ci il təvəllüdlü Əlizamin Həsrət oğlu Allahverdiyevə 1 mərtəbəli 3 otaqdan ibarət evdə güclü yanğın baş verib. Ev tamamilə yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsinin Yanğınsöndürənləri yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Fakt araşdırılır.