Ucarda iki avtomobil toqquşub - 4 NƏFƏR XƏSARƏT ALIB

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb.

Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Anar Faiq oğlu Süleymanovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Göyçay rayon sakini, 1997-ci il təvəllüdlü Elçin Rafiq oğlu Tanrıverdiyevin idarə etdiyi "VAZ-21099"  markalı maşın  toqquşub. Nəticədə "VAZ-21099" un sürücüsü Elçin Tanrıverdiyev, onun həmyerliləri-  1973-ci il təvəllüdlü Nəzakət Soltan qızı Hacıyeva, 1976-cı il təvəllüdlü Rahib Məcnun oğlu Süleymanov və "VAZ-2107"in sürücüsü Anar Süleymanov  müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.                              

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.            

Müəllif | Apa.Tv
Apa.tv