Ucarda iki avtomobil toqquşub, yaralananlar var
Ucarda baş verən avtoqəzada bir ailənun 3 üzvü xəsarət alıb.
APA Tv-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "NİSSAN" markalı minik maşını ilə Rasif Ağamirzə oğlu Seyidovun idarə etdiyi "VAZ-2106" markalı maşın toqquşub. Nəticədə sürücü Namiq Əliyevin anası 1948-ci il təvəllüdlü Əsmaya İslam qızı Qasımova, qızları- 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.