Ucarda ikimərtəbəli yaşayış evi yandı

Ucarda fərdi yaşayış evi yanıb.

APA-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Alpout kəndində qeydə alınıb.

Kənd sakini, 1940-cı il təvəllüdlü Xoşqədəm Məmmədovaya məxsus 2 mərtəbəli, ümumi sahəsi 400 kvadratmetrlik olan fərdi yaşayış evində güclü yanğın baş verib. Hadisə zamanı ev tamamilə yanıb.

Hadisə yerinə Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililər mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv