Ucarda “Jiquli”nin vurduğu velosipedçi xəstəxanada öldü

Ucarda velosipedçini maşın vuraraq öldürüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarabörk kəndi ərazisində baş verib.

Belə ki, Ucar rayon sakini Asim Allahverdiyev idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Qarabörk kənd sakini, 1956-cı il təvəllüdlü İkram Quliyevi vurub.

Zərərçəkən ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv