Ucarda maşını saxlayıb meyvə almaq istədi, 5 nəfər yaralandı
Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə aprelin 22-də gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndində keçən hissəsində qeydə alınıb.
“Mersedes” markalı minik maşınının sürücüsü yol kənarında avtomobili saxlayaraq meyvə almaq istəyib. Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetməni itirərək “Mercedesə”-ə çırpılıb. Nəticədə satıcı,1977- cu il təvəllüdlü Ramil Niyaz oğlu Qədirov, sürücü, Bakı şəhər sakini, 1960- cı il təvəllüdlü Xaləddin Sabir oğlu Həsənov və sərnişinlər - Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Pərvin Qurban oğlu Mehdiyev, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Fərid Abbas oğlu Abbasov, Tərtər rayon sakini, 2004-cü il təvəllüdlü Ziya İntiqam oğlu Məmmədzadə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq ve Təhqiqat şöbəsində araşdırılma aparılır.
Zahid Abışov Devran Əsgərov