Ucarda maşınla vurulan piyada ölüb
Ucarda ötən gün vurulan piyada, Göyçay rayon sakini, 1992-cı il təvəllüdlü Nicat Qərib oğlu Tağıyev rayonun mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş vermişdi. Yolu keçən piyadanı "FORD" markalı mikroavtobus vurmuşdu. Zərərçəkən ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Zahid Abışov