Ucarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV - nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində qeydə alınıb. Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Tofiq Hətəm oğlu Qurbanov idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə, piyada, Ucar rayonunun Xalac kənd sakini, 1964-cü il təvəllüdlü Hüseyn Murad oğlu İsmayılovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv