Ucarda otla dolu yük traktoru yandı
Ucarda yüklə dolu traktor yanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yeniyol kəndində qeydə alınıb.
Ağdaş rayonunun Bəylik kənd sakini, 1968-ci il təvəllüdlü Yamən Abdullayevin idarə etdiyi otla dolu qoşqulu traktor hərəkətdə olarkən anidən alışıb.
Traktorda olan 150 ot bağlamasının bir qismi yanıb, qalan hissəsi isə yararsız hala düşüb. Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov,
Devran Əsgərov
APA TV