Ucarda piyadanı maşın vuraraq öldürdü
Bakı-Qazax magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Yevlax rayon sakini, 1983-cü il təvəllüdlü Cəlal Elbrus oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı minik maşını ilə yolu keçmək istəyən piyada, Kürdəmir rayonunda məskunlaşmış məcburi köçkün, 1995-ci il təvəllüdlü Seymur Söhbət oğlu Mehdiyevi vurub.
Seymur Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Zahid Abışov
Devran Əsgərov