Ucarda qar elektrik təsərrüfatına ziyan vurub

Gecə saatlarından aran bölgəsinə yağan və hazırda yağmağa davam edən qar elektrik təsərrüfatına ziyan vurub. Rayonun bir neçə yaşayış məntəqəsinə gecə saatlarından elektrik enerjisinin təchizatı müvəqqəti olaraq dayandırılıb.        

"Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ucar Elektrik Şəbəkəsindən Baş mühəndisi Mübariz Zərbəliyev APA TV-yə bildirilibi ki, gecə saatlarından yağan qar səbəbindən elektrik naqillərində qırılmalar baş verib. Nəticədə rayonun Qazyan, Qarabörk, Lək və Xalac kəndlərinə enerjinin təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda 4 təmir briqadası yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür. Artıq Qarabörk, Lək və Qazyan kəndlərinə enerji təchizatı bərpa edilib. Yaxın saatlarda Xalac kəndindədə işlər yekunlaşacaq və  elektrik enerjisinin verilişi bərpa olunacaq.                              

 

Zahid Abışov                                   

Devran Əsgərov

Müəllif | Apa.Tv
Apa.tv