Ucarda şüşə qırıntılarından şəhidlər üçün ağac hazırlandı

Ucarda Gənclər evinin binasının giriş hissəsində şüşə qırıntılarından hazırlanan və ağac şəklin əks etdirən baxımlı bir guşə yaradılıb.  

Şüşə qırıntılarından hazırlanmış ağacın 23 budağı var. Hər budaqda bir şəhidin şəkli və aşağı hissəsində onun barədə məlumatlar qeyd olunub.

Şəhid ailələri, onların övladlarına, yaxınlarına göstərilən qayğı və diqqətə görə, hər kəsə minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Ağacın 23 budaqdan ibarət olmasına səbəb isə Ucar rayonundan qeydiyyatda  olan 23 igidin  Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmasıdır.

Zahid Abışov, Devran Əsgərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv