Ucarda traktor qaz xəttini qırdı - 350 ABONENT QAZSIZ QALIB
Ucarda baş verən qəza kəndi qazsız qoyub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib.
Qoşqulu traktorun idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində Qazyan kəndinə gedən qaz xətti ciddi zədələnib. Qəza nəticəsində 350 abonentin qaz təchizatı məcburi olaraq müvəqqəti dayandırılıb.
Hazırda yerli Qaz İstismar Sahəsinin əməkdaşları hadisə yerində bərpa işləri aparır.
Günün sonuna kimi bərpa işlərinin yekunlaşması planlaşdırılır.