Ucarda yağan qar fəsadsız ötüşməyib
Ucarda yağan qar fəsadsız ötüşməyib.
APA Tv-nin yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarından yağmağa başlayan qarın hündürlüyü 20-25 sm-ə çatıb. Yollarda avtomobillərin hərəkətində ciddi problem yaşanmır.
Qarlı hava şəraiti əsasən elektrik təsərrüfatına ziyan vurub. Rayonun bir neçə kəndinə enerjinin verilişində fasilələr yaranıb. Bundan əlavə, rayon mərkəzində bir neçə yolka ağacı aşaraq piyadaların gediş-gəlişinə ciddi mane olur. Piyadalar üçün nəzərdə tutulan səkiyə əkilən ağacların qarın təsirindən aşması nəticəsində,piyadalar məcburən avtomobillər üçün nəzərdə tutulan yolun hərəkət hissəsinə çıxır. Bu da qəzaları qaçılmaz edir.