Ucarda yol qəzasında piyada xəsarət alıb
Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb. APA -nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Rayon sakini, 1990-cı il təvəllüdlü Fuad Bəkir oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə piyada, 1984-ci il təvəllüdlü Vüsal Məhəmməd oğlu Xələfovu vurub. Zərərçəkən aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, V. Xələfovun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.