Ucarda yol qəzasında xəsarət alan piyada ölüb

Ötən gün Ucar rayonunda baş verən yol qəzasında ağır xəsarət alan piyada ölüb.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Vüsal Məhəmməd oğlu Xələfov xəstəxanada keçinib.

 

Xatırladaq ki, hadisə ötən gün rayonun Yuxarı Şilyan kəndində baş verib. Rayon sakini, 1990-cı il təvəllüdlü Fuad Bəkir oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə piyada, 1984-ci il təvəllüdlü Vüsal Məhəmməd oğlu Xələfovu vurub.

Müəllif | Apa.Tv
Apa.tv