Ucarda yüzlərlə şam ağacı niyə quruyur?

Ucarda şam ağacları baxımsızlıqdan quruyur.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Heydər Əliyev prospektində yolun sağ və sol hissəsindəki 100-ə yaxın şam ağacı quruyub.

Şikayətçi sakinlər deyirlər ki, təqribən 10  yaşı olan bu şam ağacları kimlərinsə işinə biganə yanaşması səbəbindən quruyub məhv olur. Sakinlər bildirirlər ki, Ucar rayonunda su qıtlığı yaranandan bu günə kimi ağaclar demək olar ki, suvarılmır.

- Əvvəllər burda borular vardı. O zaman özümüz həftədə 2-3 dəfə ağaclara su verirdik. Son zamanlar su boruları bilinməyən səbəbdən yoxa çıxdılar.

- Onlar bildirir ki, aidiyyatı qurumlar ümumiyyətlə bu məsələ ilə maraqlanmırlar.

 Şəhər soveti də, bələdiyyə də burdan keçir. Əgər ağaclar vaxtında suvarılsaydı bu hal baş verməzdi.

Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri  Asəm Kərimov şifahi olaraq bildirdi ki, məsələdən xəbərləri var. O bildirib ki, ağaclar çoxdan qurumağa başlayıb və hazırda gün ərzində 3 dəfə həmin ağaclara su verilir. Hətta problemin həlli ilə bağlı quruma vəsait də ayrılıb.

Çıxıram görürəm ki, ağaclar quruyur. Mən də kölgə yer axtarıram ki, dincələm.

 

Zahid Abışov,

Devran Əsğərov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv