Ucarda zəncirvari qəza baş verdi

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

hadisə bu gün səhər saatlarında rayonun, şəhid  Elnur Hacıyev  küçəsində qeydə alınıb.  "VAZ-2106", "VAZ-2107" və "KİA" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən avtomobildə olan yanacaq yolun hərəkət hissəsinə dağılıb. Hadisə yerinə FHN-nın Ucar rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yol təmizlənib.

Hadisə nəticəsində, rayonun Qazıqumlaq kənd sakinləri, 1959-cu il təvəllüdlü Həqiqət Kərim qızı Rüstəmova və 1953-cü il təvəllüdlü Zal Hacı oğlu Rüstəmov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv