Üçü azyaşlı olmaqla dörd nəfər öldü – ŞƏKİDƏ QƏZA – APA TV - VİDEO

Şəkidə ağır yol qəzası baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 34 yaşlı Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv