Uçuşlar davam edir, internet əlaqəsi qurulub - Xüsusi nümayəndələrin görüşü gözlənilir

Türkiyə ilə Ermənistan arasında viza alınması sadələşdirilib.

 

Ankara və İrəvan arasında konsulluq xidmətləri ilə bağlı işlər davam etməkdədir. Türkiyə ilə Ermənistan arasında həyata keçirilən müzakirələr nəticəsi olaraq artıq hava yolu ilə yükdaşınmalar həyata keçirilməkdədir. Bu barədə TRT Haber məlumat verib. Bildirilib ki, hətta iki ölkə arasında internet əlaqəsi də qurulub.

Qeyd olunub ki, qarşılıqlı uçuşlar davam edir, vətəndaşlar rahat şəkildə gedib-gəlirlər. Normallaşma prosesində gözlə görülməyən hadisələr də olub. Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın Gürcüstandakı diplomatik nümayəndəliklərindən alırdılar, çünki Ermənistanla əlaqələr yox idi. İndi internet əlaqəsi yaradılıb. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi, indi açıqdır. Bəzi humanitar addımlar da atılacağı planlaşdırılır.

Yaxın zamanlarda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə təyin olunan xüsusi nümayəndələrin yeni görüşü də gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv