Ukrayna Baş nazirinin müavini Ağdamda minaların partladılaraq zərərsizləşdirilməsi prosesini izləyib

Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikovun rəhbərlik etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, qonaqlar erməni işğalının nəticələri ilə yerində tanış olacaqlar.

 

Aleksey Reznikovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı ilk olaraq işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatı ilə tanış olublar. Qonaqlara ermənilərin 30 illik işğal müddətində ərazidə külli miqdarda mina basdırdığı barədə məlumat verilib.

 

Daha sonra A qonaqlara minaların zərərsizləşdirilməsi prosesi əyani nümayiş etdirilib.

 

Qeyd edək ki, bu il Ağdam rayonu ərazisində Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən 3 milyon 600 min kvadrat metrdən çox ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Əməliyyatlar nəticəsində 143 ədəd tank əleyhinə və 189 ədəd piyada əleyhinə mina tapılaraq zərərsizləşdirilib. Bundan başqa, Ağdam rayonu ərazisində 1251 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Müəllif | Apa.Tv
Apa.tv