Ukrayna əks-hücuma hazırlaşır - Müdafiə naziri açıqladı

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Silahlı Qüvvələrin əks-hücum əməliyyatına hazır olduğunu təsdiqləyib. O, həmçinin Avropa liderlərini hərbi yardımı gücləndirməyə çağırıb.

 

Nazirin bununla bağlı bəyanatı Ukrayna hökumətinin vahid portalında dərc olunub.

 

Reznikov Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı xarici tərəfdaşlara minnətdarlığını da çatdırıb. Bununla belə, o, fikirlərinə onu da əlavə edib ki, Ukraynaya ağır texnika və təlim keçmiş ehtiyat qüvvələr lazımdır.

 

Nazir onu da bəyan edib ki, Kiyev ukraynalı hərbçilərin tək fərdi deyil, kollektiv briqada səviyyəli hazırlıqlara qədər təlim keçməsində maraqlıdır.

 

O hökumətin NATO-nun qarşıdan gələn Vilnüs sammitini səbirsizliklə gözlədiyini qeyd edib.

 

Xatırladaq ki, bir müddət öncə də Reznikov Ukrayna ordusunun əks-hücumunun bir neçə istiqamətdə təşkil oluanacağını və əməliyyatların aprel-may aylarında başlaya biləcəyini demişdi.

Müəllif | Apa.Tv
Apa.tv