Ukrayna geniş hücuma başladı

 

Baxmut istiqamətində ukraynalı müdafiəçilər strateji təşəbbüsü ələ keçirərək cəbhədə geniş hücuma başlayır. Bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahının spikeri Andrey Kovalev məlumat verib. Kovalevin sözlərinə görə, hücum əməliyyatı Baxmut, Melitopol və Berdyansk istiqamətlərində davam edir: “Rus işğalçı qoşunları şiddətli müqavimət göstərirlər. Eyni zamanda, düşmən canlı qüvvə və texnikada xeyli itki verir”.

Müəllif | Apa.Tv
Apa.tv