​​​​​​​Ukrayna Rusiya ərazisinə 20 raket zərbəsi endirdi

Aprelin 22-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin cənubundakı Rılsk rayonuna 20 raket atıb.

Bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt “Teleqram” kanalında məlumat yayıb.

“Yaşayış məntəqələrində tələfat və dağıntı olmasa da, elektrik şəbəkələri zədələnib. Obesta, Lokot və Novoivanovka kəndlərinin sakinləri işıqsız qalıblar”, - Starovoyt qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv