Ukrayna rusların atdığı 30 raketin 29-nu məhv etdi

Bu gecə rus ordusu Ukraynaya 30 ədəd dəniz, hava və qurudan qanadlı raket hücumu həyata keçirib.

Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

“Tu-160 və Tu-95 strateji bombardmançı təyyarələrindən 22 ədəd X-101/X-555 qanadlı raketi, Qara dənizdəki gəmilərdən 6 ədəd “Kalibr”, eləcə də 2 ədəd “İsgəndər” raketi atılıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 29 raket və 2 “Şahid-136/131” və 2 operativ-taktiki kəşfiyyat PUA-sını məhv edib”, - Zalujnı bildirib.

Müəllif | Apa.Tv
Apa.tv