Ukrayna suüstü aparatlarla Sevastopola hücum etdi

Rusiya hərbçiləri bu səhər Qara dəniz donanmasına hücum edən 3 pilotsuz aparatı vurublar.

Bunu Sevastopol qubernatoru Mixail Razvojayev deyib.

Onun sözlərinə görə, aparatlar səhər tezdən buxtaya daxil olmağa çalışıblar.

Razvojayev buxtadakı gəmilərin xəsarət almadığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv