Ukraynada bu günə qədər həlak olan uşaqların sayı açıqlandı
Ukraynadakı müharibə nəticəsində 183 uşaq həlak olub.
Ukraynada rus qoşunlarının silahlı işğalı nəticəsində 183 uşaq həlak olub, 342-dən çoxu yaralanıb.
APA TV xəbər verir ki, bu barədə Ukrayna baş prokrorluğu məlumat yayıb.
Məlumatda Donetsk vilayətində - 110, Kiyevdə - 98, Xarkovda - 76, Çerniqovda - 54, Nikolayda - 40, Luqanskda - 35, Zaporojyedə - 22, Xersonda - 29, Kiyevdə - 16, Sumidə - 16, Jitomirdə - 15 nəfər uşağın həlak olduğu bildirilir.