Ukraynada qalan sürücülərimizin vəziyyəti necədir?
Hazırda Ukraynada və münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus beynəlxalq yükdaşıma xidməti göstərən 30-a yaxın nəqliyyat vasitəsi var.
APA TV xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi Ruslan Eldaroğlu məlumat verib. O bildirib ki, həmin sürücülərlə əlaqə saxlanılıb və vəziyyətləri barədə mütəmadi olaraq maraqlanırlar.
Ruslan Eldaroğlunun sözlərinə görə, səfərdə olan sürücülərimiz təhlükəsiz ərazilərdə cəmləşirlər.