Ukraynada ümumi səfərbərlik elan oluna bilər

Ukrayna Ordusu Şastye şəhərinə, həmçinin, Mariupol şəhərinə nəzarəti tam bərpa edib.

 

APA TV xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.

 

Bundan başqa, Çerniqov vilayətində Rusiya Ordusunun irəliləyişinin qarşısının alındığı da vurğulanıb.

 

Döyüşlərdə azı 6 təyyarə, 2 helikopter və onlarla döyüş texnikasının məhv olunduğu da vurğulanıb.

 

Ukrayna Ordusu ən ağır vəziyyətin Xerson vilayətində yarandığını açıqlayıb.

 

Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Ali Radasına kütləvi səfərbərliklə bağlı qanun layihəsi daxil olub. Qanun layihəsi Prezident Vladimir Zelenskinin təklifi ilə gündəliyə salınıb.

 

Müəllif | Apa.Tv
Apa.tv