Ukraynaya aerodrom zərbəsi: Burdan təyyarə qalxa bilməyəcək

Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlarla Ukraynanın Poltava və Dnepr aerodromlarını sıradan çıxarıb.

 

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

 

“Yüksək dəqiqlikli havadan buraxılan raketlər Poltava və Dneprdəki hərbi aerodromları sıradan çıxarıb”, - Rusiya MN rəsmisi vurğulayıb.

 

Konaşenkov uzaqmənzilli yüksək dəqiqlikli silahlarla Kremençuq neft emalı zavodunda benzin və dizel yanacağı olan anbarlarıın məhv edildiyini də qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv