“Ukraynaya mərmi verməyəcəyik, yoxumuzdu”

Bolqarıstan hökuməti AB ölkələrinin Ukraynaya birgə sursat tədarükü planında iştirak etməyəcək.

 

Bunu Bolqarıstanın müdafiə naziri Dimitar Stiyanov deyib.

 

Onun sözlərinə görə, rəsmi Sofiya Ukraynaya 155 mm-lik mərmilərin tədarükün planında iştirak etməyəcək, çünki bolqar ordusu bu mərmilərdən istifadə etmir:

 

“Bolqarıstan ordusunda belə sursat yoxdur, ona görə də onların Ukraynaya verilmə ehtimalı da yoxdur. Biz belə kalibrlərdən istifadə etmirik”.

Müəllif | Apa.Tv
Apa.tv