Universitetə bu geyimlə getmək olmaz - YENİ QADAĞA

Azərbaycan Tibb Universitetində kitabxanaya giriş üçün geyim qaydası tətbiq edilir.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, kitabxananın girişində tələbələrin nəzərinə çatdırılan elan asılıb.

 

Belə ki, elanda ictimai qaydalara uyğun olaraq kitabxanaya qısa şalvarda(şortik), maykada girmək qəti qadağan olduğu yazılıb.

 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv