Universitetin yataqxanasında yanğın baş verdi

Gəncədə yanğın baş verib.

Hadisə şəhərin Ozan küçəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yataqxanasında qeydə alınıb. Yataqxananın 7-ci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv