Ürəyiniz əsirsə, nəfəsiniz daralırsa, bu xəstəliyə tutulmusunuz

Gərginlik, hər an pis nə isə olacağını hiss etmək, nəfəs darlığı, ürək döyüntüsünün həddindən artıq sürətlənməsi - Bu simptomlar bəlkə də çoxunuza tanışdır. Tibbdə isə bunun adı anksiyete, yəni narahatlıq pozğunluğudur. Təəssüf ki, anksiyete dövrümüzün yeni pandemiyasına çevrilib. Əsasən də gənclər arasında bu simptomlardan şikayət edənlər çoxalıb. Həmin insanlar daim özlərinin və ya yaxınlarının başına pis şeylər gələcəyini düşünür və ya onların səhhətindən narahat olurlar. Bu vəziyyət psixi müvazinəti pozursa, gündəlik həyata təsir etməyə başlayırsa, insanlarla münasibətə təsir edirsə, deməli artıq xəstəliyə çevrilib. Psixoloq Rəvan Soltan deyir ki, bu xəstəliyi yaradan əsas səbəb  stressdir.

Onu da bildirək ki, bu xəstəliyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Davamlı narahat düşüncələr gündəlik həyata və sosial mühitə təsir etməyə başlayarsa, mütəxəssis tərəfindən diaqnoz qoyulmalı, müalicəyə başlanılmalıdır.

Müəllif | Apa.Tv
Apa.tv