Uşağın anadan olmasına görə müavinət məbləği 4 milyon artırılır

 

TV Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 4 milyon manatlıq dürüstləşdirmə təklif edilir. Sosial müavinətlərlə bağlı bizim də təklif etdiyimiz dəyişikliklər var. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 4 milyon artırılaraq, 32 milyona manata çatdırılmasını nəzərdə tuturuq. Bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 7-də keçirilən iclasında 2023-cü il üçün dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavini dəyişikliklərdə dəfn üçün xərclərin 4 milyon azaldılmasının təklif olunduğunu da diqqətə çatdırıb. O, bunu pandemiyadan sonra ölüm hallarının sayının azalması ilə izah edib. O, həmçinin peşə hazırlığı üçün büdcədən vəsaitin 2 milyon azadılmasının nəzərdə tutulduğunu deyib.

Müəllif | Apa.Tv
Apa.tv